İyunun 28-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda tanınmış rəssam Səyyar Əliyevin “Yurd həsrəti” adlı fərdi sərgisi açılıb. Azərtac xəbər verir ki, sərgi Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə reallaşıb. Tədbirdə Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq Rəssamı Ağəli İbrahimov çıxış edərək sərgidə sənətkarın 80-dək sənət əsərinin nümayiş olunduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, ekspozisiyada fırça ustasının abstrakt əsərləri, realist işlər və peyzaj janrları üstünlük təşkil edir. Həmçinin, fəlsəfi yanaşma, vətənpərvərlik, xeyirxahlıq, insansevərlik kimi mövzuların nümayiş olunduğu əsərlər arasında rəssamın “Müqəddəs torpaq”, “Ruhların səsi”, “Xarı bülbülün faciəsi” “Xarı bülbülün səsi”, “Şuşa faciəsi” və başqa mövzuların əks olunduğu əsərləri yer alıb. Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Qalib Qasımov çıxış edərək sərginin əhəmiyyətindən söz açıb. Bildirilib ki, rəssamın yaradıcılığından vətənini sənəti qədər sevən bir sənətkar olduğu hiss olunur. Vurğulanıb ki, həm janr müxtəlifliyi, həm də işlənmə texnikası ilə maraq doğuran sənət əsərləri zəngin dünyagörüşün və gərgin əməyin bəhrəsidir. Çıxışlarda bildirilib ki, emosional hisslərin rənglərlə ifadəsi və fəlsəfi yanaşma sənət əsərlərinin əsas mövzularındandır. Rəssamın özünəməxsus sənət dünyasından bəhs edən natiqlər onun rəssamlığa olan sonsuz sevgisindən danışıblar. Daha sonra qonaqlar sərgi ilə tanış olub. Sərgi bir həftə davam edəcək.
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…