Bakı Fond Birjasında 30 milyon manat həcmində hərrac keçirilib

İyunun 7-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2097024700 dövlət qeydiyyat nömrəli 30 milyon manat həcmində 28 gün qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. BFB-dən bildirilib ki, hərracı zamanı 12 investor tərəfindən qiymət intervalı 9,934.3231 (8.5 faiz) manat və 9,947.3896 (6.8 faiz ) manat olan 12 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 74,670,000 manat olmuşdur. AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9,940.5445 (7.69 faiz) manat, orta ölçülmüş qiyməti isə 9,941.5065 (7.56 faiz) manat olaraq müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30,000,000 manat təşkil edib. Notların ödəmə tarixi 05.07.2023-cü ildir. Həmin gün, həmçinin AMB-nin AZ2098024709 dövlət qeydiyyat nömrəli 30 milyon manat həcmində 84 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac təşkil olunub. Hərracı zamanı 12 investor tərəfindən qiymət intervalı 9,801.0389 (8.7 faiz) manat və 9,828.0098 (7.5 faiz) manat olan 13 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 77,710,000 manat olub. AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9,816.9788 (7.99 faiz) manat, orta ölçülmüş qiyməti isə 9,818.1059 (7.94 faiz) manat olaraq müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30,000,000 manat olub. Notların ödəmə tarixi 30.08.2023-cü ildir.xeber100.com

İyun 7, 2023 3:15

OPEC+ gündəlik neft hasilatını azaltmaq istiqamətində müzakirələr aparır

OPEC-dəki mənbənin “Reuters” agentliyinə verdiyi məlumata görə, OPEC+ alyansı neft hasilatının gündəlik 1 milyon barrelə qədər azaldılması məsələsini müzakirə edirlər, çünki neftin qiymətləri bir barrel üçün 70 dollara enir və bazar analitikləri diqqəti yeni tədarük bolluğuna yönəldirlər. OPEC+ alyansı dünya xam neftinin təxminən 40 faizini nəql edir və onun qərarları qlobal neft qiymətlərinə böyük təsir göstərir. Təşkilatın daxilindəki mənbənin məlumatına görə, OPEC+ nazirlərinin iyunun 4-də Vyanada müzakirə edəcəyi variantlar arasında hasilatın azaldılması məsələsi də müzakirə ediləcək. Nazirlər bu ərəfədə iyunun 2-də də görüş keçiriblər. Mənbə bildirib ki, apreldə gözlənilmədən elan edilən mövcud 2 milyon barrel və könüllü 1,6 milyon barrel kəsintilərə əlavə olaraq, ixtisarlar sutkada 1 milyon barrel ola bilər. Bununla bağlı qərarın qəbul ediləcəyi təqdirdə, ümumi azalmaların həcmi sutkada 4,66 milyon barrel olacaq ki, bu da qlobal tələbatın təxminən 4,5 faizini təşkil edəcək. Bundan öncə OPEC+ alyansında olan iki mənbə hasilatçı ölkələrin bu məsələdə razılığa gələcəyini gözləmədiklərini bildirmişdilər. Qərb ölkələri OPEC+ alyansını neftin qiymətlərini manipulyasiya etməkdə və yüksək enerji xərcləri hesabına qlobal iqtisadiyyatı sarsıtmaqda ittiham edirlər. Bunun müqabilində, OPEC rəsmiləri və insayderləri Qərbin son on ildə izafi pul çap etməsinin inflyasiyaya səbəb olduğunu və neft hasil edən ölkələri əsas ixracatlarının dəyərini saxlamaq üçün hərəkətə keçməyə məcbur etdiyini bildiriblər. İraqın neft naziri Hayan Abdel-Qəni Vyanaya səfərdən əvvəl deyib: “Biz qlobal neft bazarında daha çox tarazlıq və sabitliyə nail olmaq üçün hər hansı bir qərar verməkdən çəkinməyəcəyik”. Apreldə hasilatın azaldılmasına dair qərarın elan edilməsi neftin qiymətlərinin 1 barrel üçün təxminən 9 dollar bahalaşaraq 87 dollardan yuxarı qalxmasına səbəb olub. Lakin qlobal iqtisadi artım və tələblə bağlı narahatlıqların təzyiqi altında qiymətlər sürətlə aşağı düşüb. Keçən həftə Səudiyyə Ərəbistanının enerji naziri şahzadə Əbdüləziz bin Salman neftin qiymətlərini aşağı salan investorların "diqqətli olmaları" lazım gəldiyini söyləyib. Bir çox bazar müşahidəçiləri onun bu bəyanatını tədarükün yenidən azaldılması xəbərdarlığı kimi şərh edirlər.xeber100.com  

İyun 3, 2023 7:04