Test imtahanı mərhələsinin nəticələri açıqlanıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən ümumi təhsil müəssisələrində direktorun təlim-tərbiyə işləri üzrə müavini, direktorun tərbiyə işləri üzrə müavini (təşkilatçı), psixoloq və kitabxanaçı vəzifələrinə işə qəbul üzrə elan edilmiş müsabiqənin test imtahanı mərhələsinin nəticələri açıqlanıb. Nəticələrə əsasən, imtahanda iştirak edən 498 namizəddən 134-ü keçid balından yüksək nəticə göstərib. İmtahan nəticələri barədə məlumatlar artıq namizədlərin şəxsi səhifələrinə göndərilib.BŞTİ-dən Azərtac-a bildiriblər ki, keçid balından yüksək nəticə göstərən namizədlər vakansiyalar üzrə seçimlərini etdikdən sonra müsahibə mərhələsinə dəvət olunacaqlar.Təhlil edilən nəticələrə əsasən, vəzifələr üzrə müvafiq keçid balı müəyyənləşdirilib. Direktorun təlim-tərbiyə işləri üzrə müavini, direktorun tərbiyə işləri üzrə müavini (təşkilatçı) vəzifələri üzrə keçid balı 24, psixoloq vəzifəsi üzrə keçid balı 28, kitabxanaçı vəzifəsi üzrə keçid balı 17 olub.Qeyd edək ki, noyabrın 3-4-də keçirilmiş test imtahanında direktorun təlim-tərbiyə işləri üzrə müavini, direktorun tərbiyə işləri üzrə müavini (təşkilatçı) və psixoloq vəzifələri üzrə müsabiqəyə qatılanlar 40 sualdan ibarət test tapşırığını bir saat, kitabxanaçı vəzifəsi üzrə müsabiqəyə qatılan şəxslər isə 30 sualdan ibarət test tapşırığını 45 dəqiqə ərzində cavablandırıblar.xeber100.com

Noyabr 14, 2017 12:47

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məlumatı

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən həyata keçirilən beşinci könüllülük proqramı çərçivəsində 34 könüllü fəaliyyətə başlayıb.BŞTİ-dən Azərtac-a bildiriblər ki, beşinci könüllülük proqramında iştirak etmək üçün yüz nəfər elektron qaydada sənəd verib. Müvafiq meyarlar əsasında müsahibəyə çağırılan 57 nəfərdən 34-ü müsbət nəticə əldə edib. Seçimlərin nəticələrinə uyğun olaraq, 31 nəfər BŞTİ–nin müvafiq sektorlarında, ikisi xidmət bölmələrində, biri isə Təlimə Dəstək Mərkəzində fəaliyyətə başlayıb.Müsahibədən uğurla keçənlər BŞTİ-nin müxtəlif sektorlarında, xidmət bölmələrində və Təlimə Dəstək Mərkəzində üç ay təcrübə keçmək imkanı qazanacaqlar.Könüllü kimi fəaliyyətə başlayan gənclərə üç ay təcrübə keçdikdən sonra BŞTİ tərəfindən müvafiq arayış veriləcək.Qeyd edək ki, BŞTİ artıq dörd ildir könüllü əsaslarla çalışmaq arzusunda olan gənclərlə əməkdaşlıq edir. Bu günədək BŞTİ tərəfindən həyata keçirilmiş ilk könüllülük proqramında 15, ikinci proqramda 26, üçüncü könüllülük proqramında 35, dördüncü könüllülük proqramında isə 42 nəfər müxtəlif sektorlarda və xidmət bölmələrində fəaliyyət göstəriblər. Onlardan 17-si hazırda BŞTİ-nin əməkdaşı kimi çalışır.xeber100.com

Noyabr 13, 2017 12:05

Əməkdaşlıq memorandumu imzalanıb

Noyabrın 8-də Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ilə “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) arasında əməkdaşlıq memorandumu imzalanıb. Bu barədə Azərtac-a universitetdən məlumat verilib.İmzalanma mərasimində AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova təhsilin inkişafının dövlətin təhsil siyasətinin prioriteti olduğunu vurğulayıb. O, “AzerGold” QSC ilə əməkdaşlığın hər iki tərəfə böyük xeyir verəcəyinə ümidvar olduğunu bildirib, bunun həm universitet, həm də tələbələr üçün böyük əhəmiyyət daşıdığını deyib. Bildirib ki, bu əməkdaşlıq tələbələrin nəzəri biliklərinin praktikada möhkəmlənməsinə, eyni zamanda, onların karyera qurmaq istiqamətində axtarışlarına təkan verəcək.“AzerGold” QSC-nin idarə heyətinin sədri Zakir İbrahimov vurğulayıb ki, ölkəmizin ali təhsil müəssisələri içərisində müasir baxışları və tədrisin keyfiyyəti ilə seçilən AzMİU ilə əməkdaşlıqda maraqlıdırlar. O qeyd edib ki, bu əməkdaşlığın məqsədi gələcək mütəxəssislərin ixtisas biliklərinin artırılması, istiqamətləndirilmiş təhsil, elm, istehsalat və birgə təhsil proqramları sahəsində qarşılıqlı maraq doğuran fəaliyyətin yaradılmasıdır.Qeyd olunub ki, bu əməkdaşlıq ölkəmizdə dağ-mədən hasilatı sahəsinin inkişafına müsbət təsir göstərəcək. Razılaşmaya əsasən, universitet “AzerGold” QSC üçün mədənçıxarma sənayesinin inkişafına və bu sənaye ilə əlaqədar infrastruktur layihələrin icrasına cəlb olunacaq müasir tələblərə cavab verən ixtisaslı mütəxəssislərin hazırlanmasına dəstək göstərəcək. Bunun üçün universitetin təhsil prosesinə QSC mütəxəssislərinin cəlb edilməsi, birgə simpozium və konfransların təşkili, müvafiq ixtisas üzrə təhsil alan 2-ci və 4-cü kurs tələbələrinin “yay məktəbi” proqramı çərçivəsində “AzerGold” QSC-də təlimlər keçməsi və s. nəzərdə tutulub.xeber100.com

Noyabr 8, 2017 2:08