2019-2020-ci il mövsümü üçün transfer çalışmaları davam edir

11 İyul 2019 17:20

Xəbər 196 dəfə oxunub

Futbol üzrə 2019-2020-ci il mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” klubu heyətini daha da gücləndirib.Klubun mətbuat xidmətindən Azərtac–a bildiriblər ki, “Sumqayıt” futbol akademiyasının yetirmələri və əvəzedici komandanın üzvləri Rüfət və Səbuhi Abdullazadə ilə üçillik müqavilə imzalanıb. Rüfət 20, Səbuhi isə 28 nömrəli formada çıxış edəcəklər.U-19 millisinin üzvü olan gənc yarımmüdafiəçilər 2017-2018-ci il mövsümündə Premyer Liqada debüt ediblər. R.Abdullazadə həmin mövsümün 11-ci turunda “Keşlə” ilə qarşılaşmada (3:1) Premyer Liqada ilk oyununu keçirib. S.Abdullazadə isə bu uğura 14-cü turda “Kəpəz” ilə oyunda (3:0) nail olub.Hər iki yarımmüdafiəçi 2017-2018-ci il mövsümündə Premyer Liqada oynamış ən gənc futbolçular olublar.xeber100.com