Futzal klubu UEFA Çempionlar Liqasında mübarizəyə başlayacaq

27 Oktyabr 2026 12:43

Xəbər 29 dəfə oxunub

“Araz-Naxçıvan” futzal klubu bu gün UEFA Çempionlar Liqasında mübarizəyə başlayacaq.

Azərbaycan çempionu əsas mərhələnin ilk matçında Macarıstanın “Uypeşt” komandası ilə qarşılaşacaq. Polşadakı “Prezero Arena”da keçiriləcək görüş Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Qeyd edək ki, V qrupda yer alan “Araz-Naxçıvan” oktyabrın 28-də Bosniya və Herseqovinanın “Buba Mara”, 30-da isə Polşanın “Pyast” komandaları ilə qarşılaşacaq.xeber100.com