Voleybolçulardan ibarət “DH Volley” klubu avrokuboklarda ilk oyununa çıxacaq

27 Oktyabr 2026 12:39

Xəbər 36 dəfə oxunub

Azərbaycanı CEV Çelenc Kubokunda təmsil edən qadın voleybolçulardan ibarət “DH Volley” klubu bu gün avrokuboklarda ilk oyununa çıxacaq. Komanda 1/32 final mərhələsində Danimarkanın “Holte” klubu ilə üz-üzə gələcək. Danimarkada keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Komandalar arasında cavab oyunu noyabrın 5-də Bakıda təşkil olunacaq.xeber100.com