Futbol üzrə Azərbaycan Kubokunda II təsnifat mərhələsinə start veriləcək

27 Oktyabr 2026 12:36

Xəbər 44 dəfə oxunub

Bu gün futbol üzrə Azərbaycan Kubokunda II təsnifat mərhələsinə start veriləcək. İlk oyun günündə 5 qarşılaşma təşkil olunacaq.

“Şimal” Şamaxı şəhər stadionunda “Araz-Naxçıvan”la, “Marafon” Marafon Arenada “Zaqatala” ilə üz-üzə gələcək. Hər iki matç saat 14:00-da başlayacaq. Saat 17:00-da “Kür-Araz” “SOCAR Polymer Arena”da “Sumqayıt”ı, “Qəbələ” Qəbələ şəhər stadionunda “Mingəçevir”i qəbul edəcək. “Səbail” isə saat 18:00-da “Bank Respublika Arena”da “Zirə” ilə qarşılaşacaq.

Qeyd edək ki, bu raundun digər matçları oktyabrın 28-29-da baş tutacaq.xeber100.com