FİFA futbol oyunları zamanı ilk dəfə videotəkrar sistemindən istifadə edəcək. Azərtac xəbər verir ki, belə bir məlumatla Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının mətbuat xidməti çıxış edib. Videotəkrar sistemindən ilk dəfə İtaliya ilə Fransa arasında keçiriləcək yoxlama görüşündə istifadə olunacaq. Bu qarşılaşma sentyabrın 1-də Bari şəhərində keçiriləcək. Videotəkrar zamanı baş hakimin oyunu saxlamasına ehtiyac qalmayacaq. Bu funksiyanı əlavə hakim yerinə yetirəcək. Köməkçi hakim videotəkrara baxdıqdan sonra baş hakimlə əlaqə saxlayıb, ona məlumat verəcək. Yoldaşlıq oyunundan bir gün sonra FİFA prezidenti Canni İnfantino tərəfindən sistemin ilk sınağı ilə bağlı xüsusi mətbuat konfransı təşkil ediləcək. FİFA prezidenti bildirib ki, sözügedən sistemdən istifadəyə bir konfederasiya, 12 milli assosiasiya maraq göstərib. Onun sözlərinə görə, 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatı zamanı videotəkrardan istifadə mümkün olacaq. Xatırladaq ki, videotəkrardan istifadəni mart ayında Futbol Assosiasiyalarının Beynəlxalq Şurası tövsiyə (İFAB) etmişdi.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…