“Qarabağ” futbol klubu növbəti transferini reallaşdırıb

1 Sentyabr 2016 10:39

Xəbər 920 dəfə oxunub

2016/2017-ci il mövsümü üçün Ağdamın “Qarabağ” futbol klubu növbəti transferini reallaşdırıb. Klubdan Azərtac-a bildiriblər ki, Ağdam təmsilçisi heyətini qapıçı ilə gücləndirib. “Qarabağ” serbiyalı Boyan Şaranovla münasibətləri rəsmiləşdirib. Son mövsümü Serbiyanın “Partizan” klubunda keçirən qolkiper ilə ikiillik müqavilə imzalanıb. Serbiya millisinin üzvü olan B.Şaranov bu ilin yanvarından “Partizan”da çıxış edib. O, Belqrad klubunda 18 oyun keçirib. B.Şaranov indiyədək bir dəfə Serbiya millisinə dəvət alıb. Karyerasına “Beoqrad” klubunda başlayan yeni transfer “Makkabi” (Hayfa, İsrail), “Ergetolis” kimi komandalarda da forma geyinib.xeber100.com