Fransanın Makon şəhərində gənclər arasında güləş üzrə dünya çempionatı davam edir. Azərtac xəbər verir ki, çempionatda hər üç güləş növü üzrə Azərbaycan yığma komandaları iştirak edir. Gənc qızların yarışında 4 təmsilçimiz mübarizə aparır. Heyətdə Gülcahan Hacıyeva (48 kq), Səbinə Həmzəlzadə (51 kq), Şəbnəm Əhmədova (55 kq) və Elis Manolova (67 kq) yer alıb. Qızlarımız sentyabrın 1-2-də yarışacaqlar. Yarışın üçüncü günündə – sentyabrın 1-də 44, 51, 59 və 67 kiloqram çəki dərəcələrində gənc qızlar döyüşəcək. Azərbaycan güləşçiləri iki çəki dərəcəsində təmsil olunur. Yarışda 51 kiloqram çəki dərəcəsində xalça üzərinə çıxacaq Səbinə Həmzəlzadənin ilk rəqibi 1/8 final mərhələsində Özbəkistan güləşçisi Nodira Sabirova olacaq. Elis Manolova (67 kq) isə bu mərhələdə digər özbəkistanlı Baxtigül Baltaniyazova ilə qarşılaşacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…