Azərbaycan millisinin heyəti açıqlanıb

1 Sentyabr 2016 10:54

Xəbər 1334 dəfə oxunub

Sentyabrın 10-dan oktyabrın 1-dək Kolumbiyada keçiriləcək dünya çempionatının final mərhələsində iştirak edəcək futzal üzrə Azərbaycan millisinin heyəti açıqlanıb. Azərtac xəbər verir ki, dünya çempionatı üçün heyətə Rövşən Hüseynli, Emin Kürdov, Rizvan Fərzəliyev, Vitali Borisov, Tyaqo Teles Martins, İsa Atayev, Xətai Bağırov, Fineo de Araujo, Eduardo Mello Borges, Ramiz Çovdarov, Fabio Jose Polletto, Villiams Oliveira Do Nascimento və Everton Kardosa dəvət olunublar.xeber100.com