Ümumdünya Şahmat Olimpiadası başladı

2 Sentyabr 2016 13:54

Xəbər 760 dəfə oxunub

Bu gün “Bakı Kristal Hall”da 42-ci Ümumdünya Şahmat Olimpiadasının oyunlarına start verilir. Azərtac xəbər verir ki, yarışlarda rekord sayda komanda iştirak edir. Kişilərin komanda turnirində 181 yığma komanda, qadınların yarışlarında isə 142 komanda mükafatlar uğrunda mübarizə aparacaq. Turnir iştirakçılarının, hakimlərin, jurnalistlərin, məşqçi və nümayəndələrin, habelə FİDE-nin konqresinin nümayəndələrinin ümumi sayı 3.000 nəfərdən çoxdur. Birinci turda Azərbaycanın birinci yığması Zimbabve komandası ilə, ikinci komandamız Mozambik şahmatçıları ilə qarşılaşacaq, üçüncü komandamızın rəqibləri isə Papua-Yeni Qvineya şahmatçıları olacaq. Azərbaycanın kişilərdən ibarət yığma komandasının əsas rəqibləri Rusiya, ABŞ, Çin, Ukrayna, Fransa və Polşa komandaları olacaq. Qadınlardan ibarət komandaların mübarizəsində Azərbaycanın birinci yığmasının rəqibi Nikaraqua, ikinci komandamızın rəqibləri Yaponiya, üçüncü komandanın rəqibləri isə Lesoto şahmatçıları olacaq. Ölkəmizin qadın şahmatçılarının əsas rəqibləri Çin, Ukrayna, Rusiya, Gürcüstan, Hindistan, ABŞ və Macarıstan təmsilçiləri olacaq.

Azərbaycan-1 – Zimbabve

Şəhriyar Məmmədyarov – Roduell Makoto

Teymur Rəcəbov – Farai Mandija

Arkadi Naydiç – Gödəkcə Masanqo

Eltac Səfərli – Takudzva Muşore

Azərbaycan-2 – Mozambik

Vasif Durarbəyli – Mateus Elis

Nicat Abbasov – Uilton Kalikoa

Qədir Hüseynov – İlidio Çunquane

Namiq Quliyev – Donaldo Paiva

Papua-Yeni Qvineya – Azərbaycan-3

Stüart Fensi – Vüqar Əsədli

Helmut Marko – Nail Bəşirli

Helmut Marko Cunior – Məhəmməd Muradlı

Kreyq Şexan – Pərviz Qasımov

Qadınların yarışları

Nikaraqua – Azərbaycan-1

Katya Mendeta – Zeynəb Məmmədyarova

Mariya Qranados – Gülnar Məmmədovdur

Pamela Alarkon – Aydan Höcətova

Mariya Moraqa – Nərmin Kazımova

Yaponiya – Azərbaycan-2

Mirai İşizuka – Türkan Məmmədyarova

Karen Xoşino – Xəyalə Abdulla

Azumi Sakai – Ülviyyə Fətəliyeva

Misaki Şibata – Nərgiz Umudova

Lesoto – Azərbaycan-3

Maboloko Leboela – Nərminə Məmmədova

Tisetso Xatane – Xanım Balacayeva

Nqatane Liketsenq – Gövhər Beydullayeva

Natali Makferson – Aynur Kətanova

İsveçrə sistemi üzrə keçirilən yarışlar 11 turdan ibarət olacaq. Oyun günləri 2-6 sentyabr və 8-13 sentyabr olacaq, sentyabrın 7-si isə Olimpiadada istirahət günüdür.

İlk 10 tur Bakı vaxtı ilə saat 15:00-da, sonuncu – 11-ci tur isə saat 11:00-da başlanacaq.

Həndbol Federasiyası: Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib

Həndbol üzrə Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib. Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, kişilərin yarışında tura “Dinamo” – “Azəryol” görüşü ilə start verilib. “AHF Arena”da keçirilən oyuna favorit qismində çıxan nominal qonaqlar etimadı doğruldublar. “Azəryol”un üstünlüyü ilə yadda qalan qarşılaşma 24:49 hesabı ilə başa çatıb. “Təhsil” – “İdman Akademiyası” matçı daha gərgin mübarizə şəraitində keçib. Fasiləyə 3 topluq üstünlüklə yollanan “Təhsil” qalan vaxtda rəqibin vəziyyəti dəyişməsinə imkan verməyib - 30:28. Maraqlı mübarizə vəd edən “Bakı” – “Kür” görüşündə isə qonaqların qələbəsinə inananlar yanılmayıblar. Yüksək əzmkarlıq nümayiş etdirən Mingəçevir həndbolçuları paytaxtdan uğurlu nəticə ilə dönməyi bacarıblar - 20:26. Qadın həndbolçuların çempionatında 7-ci tur “Bakı” – “Gənclər Birliyi” matçı ilə başlanıb. İlk hissədən təşəbbüsə yiyələnən paytaxtın eyniadlı komandası fasilədən sonrakı üstünlüyünü də tabloda əks etdirib - 35:25. “Kür” komandası da azarkeşlərini sevindirib. Mingəçevirin həndbolçuları növbəti qələbəni “İdman Akademiyası” ilə oyunda rəsmiləşdiriblər - 49:16. Yeddinci tura yanvarın 21-də keçiriləcək “Azəryol” – “Qarabağ” matçı ilə yekun vurulacaq.xeber100.com  

Yanvar 15, 2024 14:10

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Quba – İdman Paytaxtı 2024″ün açılış mərasimi keçirilib

Gənclər və İdman Nazirliyinin və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Quba - İdman Paytaxtı 2024"ün açılış mərasimi keçirilib. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonra "Quba - İdman Paytaxtı 2024"ün maskotu "Fuji" tamaşaçılara təqdim edilib. Bunun tarixi və əlamətdar hadisə olduğunu deyən Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Prezident İlham Əliyevin dəstəyi ilə regionlarda müasir standartlara cavan verən idman komplekslərinin tikildiyini vurğulayıb. Bölgədə 8 mindən artıq gəncin idmanla məşğul olduğunu söyləyən İ. Mahmudov idmançıların yerli və beynəlxalq yarışlarda qazandığı uğurlardan bəhs edib. Gənclər və idman naziri Fərid Qayıbov Quba Olimpiya İdman Kompleksində yaradılan yüksək şəraitdən danışıb. O, kompleksdə müxtəlif idman növləri üzrə təlim-məşq toplanışları və yarışların keçiriləcəyini diqqətə çatdırıb. Gimnastika üzrə Azərbaycan millisinin də hazırda Quba Olimpiya İdman Kompleksində hazırlıq keçdiyi bildirilib. Daha sonra nazir idman paytaxtının rəmzi açarını icra başçısına təhvil verib. Ardınca sambo üzrə dünya və Avropa çempionatlarının mükafatçısı Zaur Paşayev və peşəkar MMA döyüşçüsü, 4 qat dünya çempionu Vüqar Kərəmov çıxış ediblər. Onlar hazırda beynəlxalq arenada Azərbaycanı təmsil edən bütün idmançılara uğurlar arzulayıblar. Tədbir bədii hissə ilə davam edib. Müxtəlif idman növləri üzrə federasiyaların üzvlərinin paradından sonra respublikanın tanınmış incəsənət ustaları və müğənnilərinin iştirakı ilə möhtəşəm konsert proqramı təşkil olunub.xeber100.com

Yanvar 15, 2024 14:02