Şahmat Olimpiadasında ikinci turun oyunları keçirilib

3 Sentyabr 2016 21:06

Xəbər 853 dəfə oxunub

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında bu gün ikinci turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, kişilərdən ibarət əsas millimiz Makedoniya ilə qarşılaşıb. Görüş yığmamızın təmiz qələbəsi ilə başa çatıb – 0:4

İkinci yığmamız isə Litvaya cəmi yarım xal verib – 0.5:3.5. Kişilərdən ibarət üçüncü komandamız Belarusa məğlub olub – 0.5:3.5

Favoritlərdən Rusiya Türkmənistanı – 4:0, ABŞ Şotlandiyanı – 3.5:0.5, Çin Belçikanı – 3.5:0.5, Ukrayna isə Albaniyanı – 3.5:0.5 məğlub edib. Qadınlardan ibarət əsas millimizin rəqibi Meksika olub. Zəirflərimiz çətin də olsa, qalib gələ biliblər – 2.5:1.5. İkinci komandamız da Monqolustanı eyni hesabla yenib – 2.5:1.5. Üçüncü yığmamız isə Türkiyə qarşısında məğlubiyyətlə barışmalı olub – 1.5:2.5. Favoritlərdən Çin Monteneqronu – 4:0, Ukrayna Moldovanı – 3.5:0.5, Rusiya Ekvadoru – 4:0, Hindistan isə Braziliyanı – 3:1 məğlub edib.