UEFA prezidentliyinə namizədlərin siyahısını təsdiq edib

3 Sentyabr 2016 21:10

Xəbər 1377 dəfə oxunub

FİFA Müşahidə Şurası UEFA prezidentliyinə namizədlərin siyahısını təsdiq edib. Apasport.az saytının məlumatına görə, qarşıdakı seçkilərdə 3 namizəd mübarizə aparacaq. Belə ki, ispaniyalı Anxel Mariya Vilyar, holland Mixael van Praq və sloveniyalı Aleksandr Çeferin qitənin ali futbol qurumuna başçılıq etmək üçün bir-biriləri ilə yarışacaqlar. Qeyd edək ki, prezident seçkiləri sentyabrın 14-də Yunanıstanın paytaxtı Afinada keçiriləcək. Elə həmin gün də Mişel Platinin prezident postundan getməsi rəsmən elan olunacaq. Fransız 2007-ci ildən bu vəzifədə çalışırdı.xeber100.com