Rusiyada təşkil ediləcək futbol üzrə dünya çempionatının talismanı oktyabrın 26-da ictimaiyyətə təqdim olunacaq. Azərtac xəbər verir ki, talisman seçimi ilə bağlı mərasim Rusiyanın birinci kanalı ilə canlı yayımlanacaq. Turnirin təşkilat komitəsinin mətbuat xidmətinin məlumatında bildirilib ki, bununla bağlı yaxın günlərdə ümumxalq səsverməsi keçiriləcək. Səsvermə gedişatında seçicilər mundialın rəmzini seçmək hüququ əldə edəcəklər. 2018-ci il dünya çempionatının talismanının seçilməsi müsabiqəsi ilə bağlı final mərhələdə canavar, pələng və pişik təqdim olunacaq. İlk mərhələdə 10 variant təklif olunsa da, sonradan üçünün üzərində seçim edilməsi məqsədəuyğun sayılıb. Məlum olub ki, son üç animasiya peşəkar müəlliflər tərəfindən işlənib. Yekun variant FİFA-nın təsdiqini də almalıdır. Qeyd edək ki, 2018-ci ildə Rusiyada təşkil ediləcək dünya çempionatı 11 şəhərin 12 stadionunda keçiriləcək. Nəhəng turnirin yarımfinalı Moskva və Sankt-Peterburq, açılış mərasimi, start və final mərhələ isə Rusiya paytaxtının “Lujniki” stadionunda oynanılacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…