Sentyabrın 21-də Makedoniyanın paytaxtı Skopye şəhərinin ən böyük idman arenalarından olan Boris Traykovski adına İdman Mərkəzində Beynəlxalq Hərbi İdman Şurasının (CİSM) himayəsi altında keçirilən güləş üzrə hərbçilərin 31-ci dünya çempionatının təntənəli açılış mərasimi olub. Azərtac xəbər verir ki, açılış mərasimində Makedoniyanın hökumət nümayəndələri, bu ölkənin Müdafiə Nazirliyinin rəhbərliyi, CİSM-in və iştirakçı ölkələrin nümayəndələri iştirak ediblər. Çıxış edənlər yarışın əhəmiyyətindən danışıb, idmançılara uğurlar arzulayıblar. Xatırladaq ki, Azərbaycanın Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubunun (MOİK) komandasının da qatıldığı hərbçilərin güləş üzrə 31-ci dünya çempionatında 35 ölkədən 300-dən çox idmançı iştirak edir. Yarış iştirakçılarının yarıdan çoxu Olimpiya, dünya və Avropa çempionatlarının mükafatçılarıdırlar. Dünya çempionatında sərbəst güləş yarışlarında ilk dəfə qadın hərbçi idmançılar da 8 çəki dərəcəsi üzrə iştirak edirlər. Azərbaycan nümayəndə heyətinin rəhbəri, MOİK-in rəisi polkovnik-leytenant Rəşad Quliyev, sərbəst güləş üzrə komandamızın rəhbəri Nazim Əlicanov, yunan–Roma güləşi üzrə komandamızın rəhbəri isə Taleh İsrafilovdur. Həmçinin dünya çempionatında Azərbaycan nümayəndə heyətinin tərkibinə beynəlxalq dərəcəli hakim Elman İsmayılov da daxildir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…