İtaliyanın paytaxtı Roma 2024-cü ildə keçiriləcək XXXIII Yay Olimpiya Oyunlarına ev sahibliyinə namizədlikdən imtina edib. Azərtac xəbər verir ki, bu barədə Roma meri Virciniya Racci açıqlama verib. Mer deyib ki, məişət və kommunal öhdəlikləri tam həll olmayan paytaxt üçün böyük vəsait tələb edən idman tədbirinin keçirilməsi prioritet sayıla bilməz. Namizədliklə razılaşmaq məsuliyyətsizlikdir. Biz bunu şəhər şurasında, seçkiqabağı təbliğat-təşviqat kampaniyası zamanı və bu gün də müzakirə etmişik. Fikrimiz dəyişməyib və əksinə, ətraflı təhlillərdən sonra qərarımız qətiləşib. Bu barədə yekun qərarın təsdiq edilməsi üçün məsələnin paytaxt şurasında səsverməyə çıxarılması nəzərdə tutulur. Roma namizədlikdən imtina edəcəyi təqdirdə XXXIII Yay Olimpiya Oyunlarına ev sahibliyinə iddialı üç şəhər qalır. Bunlar Los-Anceles, Paris və Budapeşt şəhərləridir. Təşkilatçı ölkə gələn il sentyabrın 13-də Perunun paytaxtı Limada seçiləcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…