Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə…

24 Sentyabr 2016 07:03

Xəbər 1181 dəfə oxunub

Azərbaycanda rabitənin yaradılmasının 135 illik yubileyi münasibətilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə keçirilən “Sağlamlıq-2016” rabitə işçilərinin respublika spartakiadasının açılış mərasimi olub. Azərtac xəbər verir ki, spartakiadanın keçirilməsində məqsəd rabitəçilərin sağlamlığının möhkəmləndirilməsi, onların bədən tərbiyəsi və idman məşğələlərinə cəlb olunması ilə asudə vaxtlarının səmərəli keçməsini təmin etmək, eləcə də ən yaxşı idman kollektivlərini müəyyənləşdirməkdir. Mərasimdə çıxış edənlər ölkəmizdə idmanın dinamik inkişafından, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin idmana qayğısından danışıb, iştirakçılara uğurlar arzulayıblar.