Novxanı qəsəbəsindəki “AF-Hotel”də 11 ölkədən olan şahmatçıların iştirakı ilə keçirilən “Bakı Open-2016” beynəlxalq turniri davam edir. Azərtac xəbər verir ki, ilk beş turdan sonra “A” qrupunda 4 xal toplayan azərbaycanlı qrossmeyster Nicat Abasov, rusiyalılar Vladislav Artemyev, Sənan Syugirov, ukraynalı Stanislav Boqdanoviç və amerikalı Aleksandr Lenderman liderlik edirlər. Ülvi Bacarani, Təbriz İdrisov, Vüqar Rəsulov və Zaur Məmmədov da daxil olmaqla, səkkiz şahmatçı liderlərdən yarım xal geri qalır. “B” qrupunda isə beş turdan sonra İran şahmatçısı Arya Omidi yüz faizli nəticə əldə edib. Altı şahmatçı, o cümlədən azərbaycanlılar Eldar Musayev, Amil Abbasov, Çingiz Rzayev, Fariz Əhmədov, Elnur Əliyev, habelə iranlı Behrəng Kabudi liderdən yarım xal geri qalırlar. Xatırladaq ki, Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin 25-ci ildönümünə həsr olunan yarışlar 9 turdan ibarətdir və İsveçrə sistemi üzrə keçirilir. “Baku Open-2016”nın ümumi mükafat fondu 25 min dollardır.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…