Ukrayna-Kosova qarşılaşması oktyabrın 9-da keçiriləcək

24 Sentyabr 2016 07:50

Xəbər 743 dəfə oxunub

2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatının Avropa ölkələri üzrə seçmə mərhələsinin “İ” qrupunda baş tutacaq Ukrayna-Kosova oyununun yeri müəyyənləşib. Azərtac Ukrayna Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma Polşanın Krakov şəhərində keçiriləcək. Ukrayna eyni qrupda mübarizə apardığı Kosovanı tanımadığından FİFA-ya matçın neytral meydançada keçirilməsi ilə bağlı müraciət edib və ali futbol qurumu müraciət müsbət cavablandırıb. Sentyabrın 26-da yerli federasiya nümayəndələri Krakova gedərək stadionun təyin olunması üçün baxış keçirəcəklər. Bundan sonra matçın Henrik Reyman adına şəhər stadionu və ya “Krakoviya Stadionu”nda keçirilməsinə qərar veriləcək. Qeyd edək ki, Ukrayna-Kosova qarşılaşması oktyabrın 9-da keçiriləcək.xeber100.com