Futzal üzrə dünya çempionatının finalçıları müəyyənləşib

29 Sentyabr 2016 13:55

Xəbər 1281 dəfə oxunub

Kolumbiyada keçirilən futzal üzrə dünya çempionatının finalçıları müəyyənləşib. Azərtac xəbər verir ki, bu, yarımfinalda Portuqaliyaya 5:2 hesabı ilə qalib gələn Argentina millisidir. Həlledici görüşdə cənubi amerikalıların rəqibi Rusiya olacaq. Qarşılaşma oktyabrın 1-də Bakı vaxtı ilə saat 23:30-da başlayacaq. Qeyd edək ki, Portuqaliya dörddəbir finalda Azərbaycan yığmasını, Rusiya isə yarımfinalda İrandan üstün olub. Üçüncü yer uğrunda görüşdə Portuqaliya ilə İran milliləri üz-üzə gələcək.xeber100.com