“Stokholm-Neftçi” adlı yeni futbol komandası yaradılıb

29 Sentyabr 2016 14:19

Xəbər 920 dəfə oxunub

Paytaxt Stokholmda İsveç Azərbaycanlıları Konqresi yeni futbol komandası yaradıb. Azərtac xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında azərbaycanlı futbol veteranı İqor Ponomaryov bildirib. Onun məlumatına görə, komanda “Stokholm-Neftçi” adlandırılıb. İ. Ponomaryov qeyd edib ki, ilk addımlarını atan komandada futbolçular üçün yaş məhdudiyyəti olmayacaq. Komandanın hələlik İsveçin hansı liqasında çıxış edəcəyi məlum deyil.xeber100.com