Kanada yığması dünya kubokunun qalibi olub

30 Sentyabr 2016 17:16

Xəbər 912 dəfə oxunub

Hokkey üzrə Kanada yığması tarixində ardıcıl iki, ümumilikdə altıncı dəfə dünya kubokunun qalibi olub. Azərtac xəbər verir ki, Kanada, həmçinin hokkey tarixində yeni səhifə açmağı bacarıb. Yığma eyni vaxtda üç titulu – Olimpiya, dünya çempionatı və eləcə də 2016-cı il dünya kubokunu qazanaraq bu nailiyyətə imza atıb. Kanadalı hokkeyçilər dünya kubokunun final mərhələsinin hər iki oyununda Avropa yığmasını məğlubiyyətə uğradıblar (3:1, 2:1).xeber100.com