Avstriyada təlim-məşq toplanışı olacaq

26 Mart 2016 22:10

Xəbər 1221 dəfə oxunub

Mayın 23-dən iyunun 4-dək Azərbaycan millisinin Avstriyada təlim-məşq toplanışı olacaq. Apasport.az saytının məlumatına görə, bu toplanış zamanı üç yoxlama görüşü planlaşdırılır.

Bu barədə sayta AFFA-nın baş katibi Elxan Məmmədov məlumat verib.

Antalyada Azərbaycan – Qazaxıstan (0:1) hazırlıq matçından sonra əməkdaşımıza açıqlama verən baş katib milli komandanın Avstriya toplanışında 3 yoxlama görüşü keçirəcəyini deyib: “Artıq Kanada ilə razılaşmışıq. İkinci rəqib böyük ehtimalla Makedoniya millisi olacaq. Bu dəqiqləşəndən sonra üçüncü sınaqçının da kimliyinə aydınlıq gələcək”.