FİFA on bir ölkənin futbol assosiasiyasını cərimələyib. Azərtac xəbər verir ki, buna 2018-ci il dünya çempionatı seçmə mərhələ çərçivəsində keçirilən görüşlərində həmin ölkələrin azarkeşlərinin hərəkətləri səbəb olub. Ali futbol qurumu buna görə Honduras (65 min İsveçrə frankı), Albaniya (50 min), Salvador (45 min), Peru (30 min), İtaliya (30 min), Meksika (30 min), Argentina (25 min), Paraqvay (25 min), Kanada (20 min), Çili (20 min) və Braziliyanın (20 min) futbol assosiasiyalarına sanksiya tətbiq edib. On bir assosiasiya, ümumilikdə 360 min İsveçrə frankı məbləğində cərimə ödəyəcək. FİFA-nın mətbuat xidmətindən bildirilib ki, həmin ölkələrin azarkeşləri seçmə mərhələnin oyunları zamanı etik qaydalara sığmayan hərəkətlərə yol verib və futbolçular da təhqir edilib. Çili Futbol Assosiasiyasına daha bir cəza kəsilib. Belə ki, bu ölkənin yığmasının gələn il, martın 28-də Venesuela ilə keçirəcəyi oyuna azarkeşlər buraxılmayacaq. Çili – Venesuela matçı boş tribunalar önündə baş tutacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…