Məşqçimiz güclülərin siyahısında…

28 Mart 2016 14:18

Xəbər 1833 dəfə oxunub

Məşqçilərin yeni reytinq cədvəli açıqlanıb. Futbolxeber.az saytının məlumatına görə, ötən siyahı ilə müqayisədə “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov sıralamada irəliləyib. Belə ki. daha əvvəl 475-ci olan Qurbanov hazırda 469-cu pillədə qərarlaşıb. Təcrübəli mütəxəssisin aktivində 1238 reytinq xalı var. “Qarabağ”ın çalışdırıcısı Dik Advokat, Henrik Larsson. Sami Hyuppya, Tomas Şaaf, Dan Petresku. Mustafa Dənizli, Filippo İnzagi. Roberto Di Matteo, Şota Arveladze kimi tanınmışları geri qoyub.

“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk isə dünya reytinqində 578-ci pillədə qərarlaşıb. Ötən siyahı ilə müqayisədə 2 pillə irəliləyən ukraynalı çalışdırıcının aktivində 937 reytinq xalı var.