“Qarabağ” klubu PAOK komandasını qəbul edəcək

15 Oktyabr 2016 18:41

Xəbər 726 dəfə oxunub

Futbol üzrə UEFA Avropa Liqasının qrup mərhələsinin III turunda Ağdamın “Qarabağ” klubu oktyabrın 20-də Yunanıstanın PAOK komandasını qəbul edəcək. Azərtac xəbər verir ki, qarşılaşmanın biletləri oktyabrın 17-də satışa çıxarılacaq. Azarkeşlər biletləri Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə edə bilərlər. Sektorlardan asılı olaraq biletlərin qiyməti 1, 2, 5, 10 və 20 manat arasında dəyişir. VİP biletlərin qiyməti isə 50 manatdır. Qeyd edək ki, “Qarabağ”-PAOK matçı oktyabrın 20-də saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.xeber100.com