Sambo üzrə açıq Bakı birinciliyi başa çatıb

29 Oktyabr 2016 17:25

Xəbər 956 dəfə oxunub

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən təşkil olunan gənclər arasında sambo üzrə açıq Bakı birinciliyi başa çatıb. “Neftçi” idman klubundan Azərtac-a bildiriblər ki, Hövsan Olimpiya İdman Kompleksində keçirilən yarışda 110 samboçu baş mükafat uğrunda mübarizə aparıb. Klubun idmançıları yarışda ümumilikdə 17 medal qazanıblar. Onlardan 5-i qızıl, 5-i gümüş, 7-si isə bürüncdür. Qızıl medallara Sabir Ağayev (48 kq), Rəşad Dünyamalıyev (57 kq), Elton Quliyev (68 kq), Elvin Cəlilov (74 kq) və Zöhrab Qurbanov (82 kq) sahib olublar.xeber100.com