WAKO üzrə Avropa çempionatı davam edir

29 Oktyabr 2016 18:54

Xəbər 1217 dəfə oxunub

Sloveniyanın Maribor şəhərində kikboksinq idman növünün WAKO versiyası üzrə Avropa çempionatı davam edir. Azərtac xəbər verir ki, “Neftçi İdman Klubu”nun milli komandanın heyətində yer almış kikboksçularından Çingiz Əhmədzadə (51 kq) lou-kontakt, Anar Məmmədov (51 kq) isə K-1 kontakt versiyalarında uğurla çıxış edərək finala vəsiqə qazanıblar. Kikboksçularımız üç aydan çoxdur ki, klubun bu idman növü üzrə baş məşqçisi, Əməkdar məşqçi Ehram Məcidovun rəhbərliyi altında təlim-məşq toplanışı keçiblər.xeber100.com