Futbol üzrə Azərbaycan Premyer Liqasında X tur sona çatıb

31 Oktyabr 2016 10:57

Xəbər 1139 dəfə oxunub

Oktyabrın 30-da futbol üzrə Azərbaycan Premyer Liqasında X tura yekun vurulub. Azərtac xəbər verir ki, turun son oyununda Bakının “İnter” klubu “Sumqayıt”ı qəbul edib. Meydan sahibi bu matçda əzmkar qələbə qazanmağı bacarıb – 3:1. Belə ki, “Sumqayıt”ın gənc futbolçusu Mirabdulla Abbasov oyunun ikinci dəqiqəsində hesabı açsa da, meydan sahibləri fasiləyədək dönüş yarada bilib. Zurab Xizanaşvili 21-ci dəqiqədə tarazlığı bərpa edib. İkinci hissədə isə kapitan Nizami Hacıyev (55,80) etdiyi dublla komandasına növbəti qələbəni qazandırıb. Bu nəticə ilə “İnter” 20 xalla 3-cü pillədə möhkəmlənib. “Sumqayıt” isə 9 xalla altınci yeri tutur. “Qəbələ” 24 xalla turnir cədvəlinə liderlik edir. Hesabinda 22 xalı olan “Qarabağ” komandası isə 3-cü pillədə qərarlaşıb.xeber100.com