Sambo üzrə dünya çempionatı keçiriləcək

5 Noyabr 2016 15:54

Xəbər 1046 dəfə oxunub

Noyabrın 9-14-də Bolqarıstanın paytaxtı Sofiyada sambo üzrə dünya çempionatı keçiriləcək. Azərbaycan Sambo Federasiyasından (ASF) Azərtac-a bildiriblər ki, mundialda ölkəmizin idman şərəfini Ağasif Səmədov (52 kq), Fərid Yusifov (57 kq), Yusif Nəbiyev (62 kq), Emil Həsənov (68 kq), Amil Qasımov (74 kq), Vüqar Bayramov (82 kq), Murad Rəcəbli (90 kq) və Nizami Məmmədov (100 kq) qoruyacaqlar. Yığmamız yarışda ASF-nin prezidenti Ceyhun Məmmədovun rəhbərliyi altında mübarizə aparacaq. Dünya çempionatında ölkəmizi hakim qismində Cabir İsmayılov təmsil edəcək.xeber100.com