Azərbaycan Superliqasında IV turun oyunları keçirilib

7 Noyabr 2016 11:13

Xəbər 771 dəfə oxunub

Kişi voleybolçular arasında Azərbaycan Superliqasında IV turun oyunları keçirilib. Azərtac xəbər verir ki, qarşılaşmalarda ev sahibləri qalib gəliblər. Görüşlərdə aşağıdakı nəticələr qeydə alınıb: “Neftçi” – “Sumqayıt” – 3:0 , “Naxçıvan” – “Nəqliyyatçı” – 3:2 , “Lokomotiv” – MOİK – 3:0 Dörd turdan sonra rəqiblərinə cəmi bir setdə məğlub olan “Neftçi” 12 xalla liderliyini davam etdirir. “Lokomotiv” 9 xalla ikinci, aktivində 6 xal olan “Naxçıvan” isə üçüncü pillədə qərarlaşıb.xeber100.com