Dünya çempionatının dördüncü turun görüşlərinə yekun vurulub

14 Noyabr 2016 09:18

Xəbər 895 dəfə oxunub

Noyabrın 13-də 2018-ci il futbol üzrə dünya çempionatının seçmə qrup mərhələsində dördüncü turun görüşlərinə yekun vurulub.Azərtac xəbər verir ki, turun sonuncu oyun günündə “A”, “B” və “H” qrupları üzrə səkkiz qarşılaşma oynanılıb. Matçlarda aşağıdakı nəticələr qeydə alınıb:

“A” qrupu

Lüksemburq – Hollandiya – 1:3

Bolqarıstan – Belarus – 1:0

“B” qrupu

İsveçrə – Farer adaları – 2:0

Macarıstan – Andorra – 4:0

Portuqaliya – Latviya – 4:1

“H” qrupu

Kipr – Cəbəllütariq – 3:1

Belçika – Estoniya – 8:1

Yunanıstan – Bosniya və Herseqovina – 1:1

Qeyd edək ki, seçmə qrup mərhələsində beşinci turun oyunları növbəti ilin martın 24-26 tarixlərinə təsadüf edəcək. Millimiz həmin ayın 26-da Bakıda Almaniya yığmasını qəbul edəcək.xeber100.com