Dünya çempionatının seçmə mərhələsi çərçivəsində…

15 Noyabr 2016 11:36

Xəbər 858 dəfə oxunub

Futbol üzrə dünya çempionatının seçmə mərhələsinin oyunları səbəbindən Premyer Liqada yaranmış fasilə müddətində “Kəpəz” yoxlama oyunu keçirib. Azərtac xəbər verir ki, Gəncə klubu “Dalğa Arena”da 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması ilə qarşılaşıb. Oyun “sarı-göylər”in 3:0 hesablı qələbəsi ilə başa çatıb. “Kəpəz”dən ilk hissədə Orxan Əliyev və Şəhriyar Rəhimov fərqlənib. Fasilədən sonra isə Tural Nərimanov görüşdə son nöqtəni qoyub.xeber100.com