“Globe Soccer Awards” mükafatının namizədləri…

17 Noyabr 2016 12:03

Xəbər 832 dəfə oxunub

Avropa Klublar Assosiasiyası (ECA) və Avropa Futbol Agentləri Assosiasiyasının (EPAA) birgə təsis etdiyi “Globe Soccer Awards” mükafatına namizədlərin adları açıqlanıb. Mükafat dörd nominasiya üzrə təqdim olunur. İlin futbolçusu mükafatına portuqaliyalı Kriştiano Ronaldo (“Real”), argentinalılar Lionel Messi (“Barselona”) və Qonzalo İquain (“Yuventus”), uelsli Qaret Beyl (Real), fransalı Antuan Qrizmann (“Atletiko”), həmçinin ingiltərəli Ceymi Vardi (“Lester”) iddia edir.2016-cı ilin ən yaxşı komandası adına İspaniya təmsilçiləri “Real” və “Sevilya”, “Molde” (İsveç), “Lester” (İngiltərə) və “Legiya” (Polşa) iddialıdır.İlin məşqçisi nominasiyasında isə beş namizəd yer alıb. Bunlar Portuqaliya millisinin baş məşqçisi Fernandu Santuş, Zinəddin Zidan (“Real”), Klaudio Ranyeri (“Lester”), həmçinin Unay Emeri (PSJ) və Massimiliano Alleqridir (“Yuventus”).İlin ən yaxşı hakimi adına namizədlərin sırasına isə irlandiyalı Alireza Faqani, qambiyalı Bakari Qassama, argentinalı Nestor Pitana, salvadorlu Xoel Agilar və ingiltərəli Mark Klattenburq daxildir.Qeyd edək ki, mükafatlandırma mərasimi dekabrın 27-28-də Dubayda keçiriləcək.xeber100.com