Azərbaycanın veteran cüdoçulardan ibarət yığma komandası noyabrın 18-də ABŞ-ın Florida ştatında start götürən dünya çempionatında iştirak edəcək. Azərbaycan Cüdo Federasiyasından Azərtac-a verilən məlumata görə, dörd gün davam edəcək yarışda Azərbaycan yeddi çəkidə təmsil olunacaq. Kişi cüdoçuların yarışında 18 veteran idmançımız medallar uğrunda mübarizə aparacaq. Vüqar Hüseynov, Rafael Mehdiyev, Vüqar Cəfərov (66 kq), Vüqar Budaqov, Müşfiq Cəfərov, Zülfüqar Hüseynov, Rauf Fərzəliyev, Azad Abbasov (73 kq), Mübariz Cəfərov (81kq), Fərhad Rəcəbli, Seyfal Əsgərov, Bəxtiyar Abbasov, Vüsal Cəfərov (90 kq), Mübariz Pənahov, Arif Qasımov, İntiqam Ələkbərov, Zaur Paşayev (100 kq) və Zaur Bağırov (+100 kq) yarışacaq. Yeganə qadın idmançımız Zülfiyyə Hüseynova 70 kiloqram çəkidə qüvvəsini sınayacaq. Qeyd edək ki, dünya çempionatında 55 ölkədən 966 veteran cüdoçu mübarizə aparacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…