Futbol üzrə Almaniya çempionatında…

19 Noyabr 2016 12:23

Xəbər 794 dəfə oxunub

“Leypsiq” komandası futbol üzrə Almaniya çempionatında – Bundesliqada liderliyi ələ keçirərək klub tarixində yeni rekord müəyyənləşdirib. Bundesliqada ilk dəfə mübarizə aparan klub çempionatın 11-ci turunda səfərdə “Bayer Leverkusen” komandasını 3:2 hesabı ilə məğlub edərək liderliyə yüksəlib.Azərtac xəbər verir ki, çempionatda ikinci yerdə qərarlaşan və bir oyun az keçirən “Bavariya” noyabrın 19-da səfərdə “Borussiya Dortmund” üzərində qələbə qazana bilməsə “Leypsiq” liderliyini möhkəmləndirəcək.“Leypsiq” 11 turdan sonra məğlubiyyətsizlik seriyasını davam etdirir. Komanda bu oyunlardan səkkizində qalib gəlib, üçündə isə heç-heçə edib.xeber100.com