Noyabrın 18-də ölkə başçısı 2017-ci ildə voleybol üzrə Avropa çempionatının final mərhələsinin Bakıda keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması ilə bağlı Sərəncam imzalayıb.Azərtac xəbər verir ki, Sərəncamda Avropa Voleybol Konfederasiyasının sentyabrdakı yığıncağında 2017-ci ildə voleybol üzrə qadınlar arasında Avropa çempionatının final mərhələsinin üç qrup oyununun, play-off mərhələsinin görüşlərinin və final qarşılaşmasının gələn il sentyabrın 19-dan oktyabrın 1-dək Bakıda keçirilməsinə dair qərarın Azərbaycanın idman sahəsində qazandığı nailiyyətlərə verilən yüksək qiymətin təzahürü olduğu diqqətə çatdırılıb. Qeyd olunub ki, ölkəmizdə beynəlxalq səviyyəli tədbirlərin, xüsusən ilk Avropa Oyunlarının və 42-ci Ümumdünya Şahmat Olimpiadasının, eləcə də idmanın bir çox idman növü üzrə dünya və Avropa çempionatlarının, Dünya Kuboku və Qran-Pri yarışlarının təşkilinin ənənəvi hal alması bu çempionatın da yüksək səviyyədə keçiriləcəyinə inam yaradır.Sərəncama əsasən, 2017-ci ildə voleybol üzrə Avropa çempionatının final mərhələsinin Bakıda keçirilməsi üzrə Təşkilat Komitəsi yaradılıb. Baş nazirin birinci müavini Yaqub Eyyubov Təşkilat Komitəsinin sədri təyin olunub. Təşkilat Komitəsinə Avropa çempionatının final mərhələsinin Bakıda keçirilməsinə dair Tədbirlər Planını hazırlayıb həyata keçirmək tapşırılıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…