“Neftçi” futbolçusu ilə yollarını ayırıb

19 Noyabr 2016 12:37

Xəbər 858 dəfə oxunub

“Neftçi” futbol komandası daha bir futbolçusu ilə yollarını ayırıb.Azərtac xəbər verir ki, hücumçu Denilson Pereyra ölkəsinə yola salınıb.Bir müddət əvvəl əvəzedici heyətə göndərilən Denilsonla icarə müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib. Bununla da 21 yaşlı braziliyalı forvard müqavilə ilə məxsus olduğu “Qranada” klubuna qayıdıb.Qeyd edək ki, mövsümlərarası fasilədə “Neftçi”nin heyətinə cəlb edilən Denilson Pereyra Topaz Premyer Liqasında keçirdiyi 9 oyunda bir qola imza atıb.xeber100.com