Super Liqasında ilk qarşılaşma keçirilib

20 Noyabr 2016 11:19

Xəbər 896 dəfə oxunub

Noyabrın 19-da qadın voleybolçular arasında Azərbaycan Super Liqasında ikinci dövrənin ilk qarşılaşması keçirilib.Azərtac xəbər verir ki, “Azərreyl” Voleybol Mərkəzində “Azəryol” və “Telekom” komandaları qarşılaşıb. İlk iki seti “rabitəçilər” aktivlərinə yazıblar – 26:24 və 25:13. Üçüncü və dördüncü setlərdə qalib gələn “dəmiryolçular” oyunda hesabı bərabərləşdiriblər – 31:29 və 25:18. Qarşılaşmada qalib beşinci setdə məlum olub. Daha dəqiq oynayan “Telekom” komandası seti 15:9 hesabı ilə qalib başa vuraraq, oyunda qələbə qazanıb – 3:2.xeber100.com