Beynəlxalq Kanoe Federasiyasının XXXVI Konqresi işə başlayıb

24 Noyabr 2016 11:09

Xəbər 863 dəfə oxunub

Noyabrın 24-də Bakıda ilk dəfə Beynəlxalq Kanoe Federasiyasının (ICF) XXXVI Konqresi işə başlayıb.Azərtac xəbər verir ki, “Boulevard Hotel Baku”da təşkil olunan tədbirə 89 ölkədən 200-dən çox nümayəndə qatılıb. Daha 29 ölkə isə səsvermə hüququnu Konqres iştirakçılarına həvalə edib. Beləliklə, ICF-in növbəti illər üçün taleyini quruma üzv olan 159 ölkədən 118-nin səsi həll edəcək.Proqrama əsasən, tədbirin ilk günündə növbədənkənar konqres keçirilib.ICF-in prezidenti Xose Perurena Lopez Konqresi açıq elan edib.Sonra sonuncu Konqresdən ötən müddətdə qurumun dünyasını dəyişən üzvlərinin xatirəsi yad olunub.xber100.com