Boccia idman növü üzrə III “Seni Cup” turniri təşkil ediləcək

26 Noyabr 2016 11:53

Xəbər 957 dəfə oxunub

Dekabrın 14-də Bakı İdman Sarayında boccia idman növü üzrə III “Seni Cup” turniri təşkil ediləcək. Turnirdə 10 təşkilatdan altmışa yaxın idmançı iştirak edəcək.Milli Paralimpiya Komitəsindən Azərtac-a bildiriblər ki, komitə 2013-cü ildən ölkəmizdə boccia idman növünün təbliğinə başlayıb və xeyli sayda fiziki imkanları məhdud gənc bu idman növünə cəlb olunub.xatırladaq ki, boccia idman növünün təbliği və inkişafı məqsədi ilə Milli Paralimpiya Komitəsi və “Seni” şirkətinin dəstəyi ilə birinci və ikinci “Seni Cup” turniri keçirilib.xeber100.com