Beynəlxalq turnirin final mərhələsi davam edir

26 Noyabr 2016 13:12

Xəbər 804 dəfə oxunub

Bakı İdman Sarayında güləş üzrə “Qızıl Qran-pri” beynəlxalq turnirinin final mərhələsi davam edir.Azərtac xəbər verir ki, sayca 9-cu dəfə təşkil olunan turnirə 50-dən artıq ölkədən 700-ə yaxın güləşçi qatılıb.Proqrama əsasən, yarışın üçüncü günündə yunan-Roma güləşçiləri mübarizəyə qoşulublar.Baş məşqçi əvəzi Akif Əliyevin rəhbərlik etdiyi məşqçilər korpusunun başçılığı altında 23 güləşçimiz xalça üzərinə çıxacaq.xeber100.com