Sambo üzrə açıq Bakı çempionatı sona çatıb

30 Noyabr 2016 11:09

Xəbər 1393 dəfə oxunub

Hövsan Olimpiya İdman Kompleksində keçirilən sambo üzrə açıq Bakı çempionatı sona çatıb.Azərtac xəbər verir ki, yarışda 9 çəki dərəcəsi üzrə 110 idmançı qüvvəsini sınayıb.“Neftçi İdman Klubu”nun samboçuları 5 qızıl, 4 gümüş və 8 bürünc olmaqla, ümumilikdə paytaxt çempionatının 17 medalını qazanıblar.Klubun təmsilçilərindən Vaqif Mirzəli (52 kq), Tural Allahverdiyev (62 kq), Söhrab Bağırov (74 kq), Xalid Niftəliyev (90 kq) və Etibar Teymurov (100 kq-dan yuxarı) bütün qarşılaşmalardan qalib ayrılaraq çempionluq sevinci yaşayıblar.xeber100.com