Aerobika gimnastikası üzrə Azərbaycan çempionatı başlayıb

1 Dekabr 2016 10:43

Xəbər 878 dəfə oxunub

Dekabrın 1-də bədii gimnastika üzrə 23-cü Bakı çempionatı və birinciliyi, aerobika gimnastikası üzrə isə 2-ci Azərbaycan çempionatı və Bakı birinciliyi start götürüb.Azərtac xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil edilən yarışların ilk günündə bədii gimnastika üzrə balacalar (2006-2008, alətsiz, halqa, top), yeniyetmələr (2004-2005, alətsiz, ip, top, gürzlər) və gənclər (2001-2003, ip, halqa, top, gürzlər) yaş kateqoriyasında yer almış idmançılar öz çıxışlarını nümayiş etdirirlər.Daha sonra balacalar yaş kateqoriyasında (2006-2008) 8 qrup hərəkəti komandası alətsiz və topla çıxış edəcək.Yarışın ikinci günündə bədii gimnastlarla yanaşı, aerobika gimnastikasının nümayəndələri də öz qüvvələrini sınayacaqlar. Fərdi və üçlük proqramı üzrə uşaqlar (7-8 yaş), balacalar (9-11 yaş), yeniyetmələr (12-14 yaş), gənclər (15-17 yaş), böyüklər (18 yaş və daha böyük) kateqoriyasında yer almış gimnastlar çıxış edəcəklər.xeber100.com