Formula-1 könüllülərinin qeydiyyatı başlanılıb

2 Dekabr 2016 11:23

Xəbər 879 dəfə oxunub

2017-ci ildə Bakıda sayca ikinci dəfə keçiriləcək Formula-1 üzrə Avropa Qran-prisi zamanı fəaliyyət göstərəcək könüllülərin qeydiyyatına başlanılıb. Ümumilikdə 3 min könüllünün qəbulunun nəzərdə tutulduğu Könüllülər Proqramına qeydiyyatın fevralın 28-dək davam etdirilməsi nəzərdə tutulub.Azərtac xəbər verir ki, könüllülər işçi qüvvəsi, məkan, aeroport, şəhər və idman əməliyyatları, tamaşaçı xidmətləri, nəqliyyat, marketinq, media əməliyyatları, protokol və mərasim sahələri üzrə fəaliyyət göstərəcəklər.xeber100.com