Cüdoçular arasında Azərbaycan birinciliyinə start veriləcək

2 Dekabr 2016 11:31

Xəbər 929 dəfə oxunub

Dekabrın 10-da Bakı İdman Sarayında yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyinə start veriləcək.Azərtac xəbər verir ki, üç gün davam edəcək yarışda ölkəmizin bütün bölgələrindən olan yeniyetmə cüdoçular iştirak edəcəklər.Bu yaxınlarda keçirilən Bakı birinciliyi və region yarışlarının mükafatçıları, perspektivli yeniyetmələr respublika çempionatında medallar uğrunda mübarizə aparacaqlar.xeber100.com