Azərbaycan yığması növbəti yoxlama oyununu keçirib

5 Dekabr 2016 11:14

Xəbər 898 dəfə oxunub

Bakıda təşkil olunmuş seleksiya xarakterli təlim-məşq toplanışı çərçivəsində 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması növbəti yoxlama oyununu keçirib.Azərtac xəbər verir ki, “İnter” klubunun əvəzedici komandası ilə qarşılaşan yığmamız 1:0 hesabı ilə qələbə qazanıb. Qolun müəllifi Fərid Nəbiyev olub.Xatırladaq ki, yığmamız bundan əvvəlki oyununu birinci divizion təmsilçisi “Səbail” komandasına qarşı keçirərək 3:1 hesabı ilə qalib gəlmişdi.xeber100.com