Formula-1 üzrə qeydiyyat prosesinə start verilib

6 Dekabr 2016 10:29

Xəbər 1034 dəfə oxunub

“Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) tərkibində fəaliyyət göstərən Bakı Marşal Klubu (BMK) gələn il keçiriləcək Formula-1 üzrə Azərbaycan Qran-prisinin marşal proqramı üçün dekabrın 5-də qeydiyyat prosesinə start verib.BŞH-dən Azərtac-a bildiriblər ki, Bakının mərkəzi küçələrində bu möhtəşəm idman tədbirinin uğurla keçirilməsinə töhfə vermək istəyən, yaşı 21-dən çox olan hər kəs yaşayış yerindən asılı olmayaraq, marşal proqramına qoşula bilər. Proqrama cəlb olunmuş marşallar Bakıda keçiriləcək Formula-1 yarışının həyəcanını trekə ən yaxın yerdən yaşamaq imkanı əldə edəcəklər.Formula-1 yarış həftəsonunu uğurla başa çatdıran hər bir marşala Beynəlxalq Avtomobil Federasiyasının (FIA) təsdiq etdiyi sertifikat təqdim olunacaq. Bu sertifikat marşallara, təkcə Azərbaycanda deyil, Formula-1 üzrə Qran-pri yarışlarına ev sahibliyi edən digər ölkələrdə də keçiriləcək yarışlarda işləmək hüququ verəcək.xeber100.com