Futbol üzrə kubok yarışlarının vaxtı açıqlanıb

6 Dekabr 2016 10:44

Xəbər 939 dəfə oxunub

Futbol üzrə Azərbaycan kuboku yarışlarının dörddəbir final mərhələsinin ilk oyunlarının vaxtı açıqlanıb.Azərtac xəbər verir ki, bütün qarşılaşmalar eyni gündə oynanılacaq.Dekabrın 13-də keçiriləcək matçlara Qəbələdə start veriləcək. Ardınca digər üç görüş paytaxtda təşkil olunacaq. Dörddəbir finalın ilk oyunları çərçivəsində “Qəbələ”–AZAL, “Zirə”–“Neftçi”, “İnter”-“Kəpəz” və “Qarabağ”–“Sumqayıt” görüşləri keçiriləcək.Qeyd edək ki, bu mərhələnin cavab oyunları dekabrın 21-də təşkil olunacaq.xeber100.com